AZ

Sumqayıtda dəm qazından zəhərlənən 6 azyaşlıdan biri ölüb

Yazını böyüt
Yazını kiçilt

03.04.2026-cı il tarixində saat 15:00 radələrində Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasına hospitalizasiya olunan 2024-cü il təvəllüdlü azyaşlının (qadın cinsli) aparılan reanimasiya tədbirlərinə baxmayaraq, 04.04.2026-cı il tarixində saat 05:10 radələrində bioloji ölüm faktı qeydə alınıb.

Bu barədə hafta.az-a TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, meyit təşrih olunması üçün aidiyyəti üzrə təhvil verilib.

"Qeyd edək ki, azyaşlı 01.04.2026-cı il tarixində saat 18:10 radələrində dəm qazı zəhərlənməsi səbəbilə Reanimasiya şöbəsinə yerləşdirilmiş və yaxınlarının yazılı iltizamına əsasən 02.04.2026-cı il tarixində evə buraxılmışdı.

Əlavə edək ki, digər 5 nəfərin müalicəsi tibb müəssisəsinin müvafiq şöbəsində davam etdirilir, vəziyyətləri stabildir",- məlumatda qeyd edilib.

Seçilən
20
8
hafta.az

10Mənbələr