AZ

“Ermənistan Aİ-yə qoşulsa, Rusiya ilə hava əlaqəsi olmayacaq”


Rusiya Baş nazirinin müavini Aleksey Overçuk bildirib ki, Ermənistan Avropa İttifaqına (Aİ) qoşulsa, Rusiya ilə hava əlaqəsi qura bilməyəcək.
Yeniavaz.com
xəbər verir ki, o bu barədə Birinci Kanalın efirində danışıb.
Overçuk bildirib ki, hazırda Rusiyanın Avropa İttifaqı ölkələri ilə hava əlaqəsi yoxdur, bu da o deməkdir ki, Ermənistanla da olmayacaq:
“Ermənistan vətəndaşları rəsmi Yerevanın Aİ-yə yaxınlaşmaq qərarının mümkün nəticələrindən xəbərdar olmalıdırlar. Bəlkə də bu, çox sərt səslənir, amma biz istəyirik ki, Ermənistandakı insanlar başa düşsünlər ki, əgər bu baş verərsə, nəticəsi belə olacaq. Çünki Ermənistanda Avropa İttifaqına qoşulmaq üçün qərarlar qəbul edilib”.
Seçilən
37
16
yeniavaz.com

10Mənbələr