AZ

FHN bəzi çaylarda sel hadisəsi ilə bağlı əhaliyə müraciət edib

Bakı. Trend:

Hazırda ölkədə davam edən yağmurlu hava şəraiti ilə əlaqədarbəzi dağ çaylarında sel hadisəsi müşahidə olunur və belə havaşəraitinin bir sıra rayonlarda aprelin 7-nə kimi davam edəcəyiproqnozlaşdırılır.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə,bununla bağlı Nazirlik əhaliyə təkrar müraciət edərək müvafiqtəhlükəsizlik qaydalarına ciddi riayət etməyə çağırır.

"Belə ki, sel və daşqından qorunmaq üçün təhlükəli ərazilərdənuzaq durmaq, belə təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakıyüksəkliyə qalxmaq, xilasedicilərin çağırış və tövsiyələrinə sözsüzəməl etmək lazımdır.

Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir! Təhlükəzamanı 112-yə zəng edin!" - deyə bildirilib.

Seçilən
23
44
az.trend.az

10Mənbələr