AZ

Tramp o əməliyyatın detallarını açıqladı İrandakı amerikalı pilot belə xilas edilibmiş

Azpolitika.az saytına istinadən ain.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp İran ərazisinin təxminən 320 kilometr dərinliyində keçirilmiş xüsusi əməliyyatın indiyədək açıqlanmayan məqamlarını ictimaiyyətlə bölüşüb. 

Onun sözlərinə görə, əməliyyatın məqsədi vurulan F-15E “Strike Eagle” təyyarəsinin silah sistemləri üzrə zabitini xilas etmək olub.

Prezident bildirib ki, pilot iki gün ərzində Boyer-Əhməd bölgəsinin dağlıq ərazilərində təkbaşına sağ qalmağı bacarıb. Yaralı olmasına baxmayaraq, o, təxminən 2100 metr yüksəkliyə qalxaraq sığınacaq tapıb və radio vasitəsilə əlaqə qurmağa nail olub.

Əməliyyat zamanı ABŞ kəşfiyyatı İran qüvvələrini çaşdırmaq üçün dezinformasiya yayıb. Saxta xəbərlərlə İran hərbçilərinin diqqəti başqa istiqamətə yönəldilib və bununla da xüsusi təyinatlıların əməliyyatı üçün şərait yaradılıb.

ABŞ-nin elit xüsusi təyinatlı dəstəsi olan "SEAL Team 6" və 160-cı Xüsusi Hava Əməliyyatları Alayı bölgədə yerləşdirilərək pilotun təxliyəsini həyata keçirib. Əməliyyat çərçivəsində bombardmançı təyyarələr və pilotsuz uçuş aparatları ətraf ərazilərdə təhlükəsizlik zonası yaradıb.

Tramp qeyd edib ki, əməliyyatın gizli saxlanılması strateji əhəmiyyət daşıyıb. İlk xilasetmə faktı açıqlanmayıb ki, ikinci itkin hərbçi barədə məlumat qarşı tərəfə ötürülməsin.

Bununla yanaşı, əməliyyat zamanı texniki problemlər səbəbindən ABŞ ordusu ciddi maddi itkilərlə üzləşib. İki MC-130J nəqliyyat təyyarəsinin eniş zamanı qumlu əraziyə batması nəticəsində həmin texnikanın düşmən əlinə keçməməsi üçün məhv edilməsi əmri verilib. Ümumilikdə itkilərin təxminən 300 milyon dollar olduğu bildirilir.

ABŞ Prezidenti vurğulayıb ki, əməliyyatın uğurla başa çatdırılması üçün bütün qərarlar birbaşa onun göstərişi ilə həyata keçirilib.

"AzPolitika.info"

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
24
24
azpolitika.info

10Mənbələr