AZ

İsrail ordusu Tehranda SEPAH qərargahlarına zərbələr endirib

İsrail ordusu Tehranda SEPAH qərargahlarına zərbələr endirib

İsrail Hərbi Hava Qüvvələri Tehranda İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) qərargahlarına yeni zərbələr endirib.

AFN.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, hədəflər arasında SEPAH-ın baş qərargahı və Hərbi Hava Qüvvələri qərargahındakı mühüm infrastruktur obyektləri olub.

Eyni zamanda, İsrail aviasiyası Tehranda ballistik raket anbarını və İsrail istiqamətinə raket buraxılışı üçün hazırlanmış qurğuları da hədəf alıb.

Müharibə çərçivəsində İranın bir çox iri şəhərləri, o cümlədən paytaxt Tehran intensiv bombardmanlara məruz qalır.

Seçilən
14
4
afn.az

7Mənbələr