Yazını böyüt
Yazını kiçilt
SEPAH təmkinlə davranmaq dövrünün bitdiyi ilə bağlı ABŞ və tərəfdaşlarına xəbərdarlıq edib.
Hafta.az xəbər verir ki, bu barədə “Fars” agentliyi məlumat yayıb. Bildirilir ki, bu barədə SEPAH-ın İctimaiyyətlə Əlaqələr Şöbəsi bəyanat yayıb.
“Biz ABŞ və onun tərəfdaşlarının infrastrukturuna elə zərbə vuracağıq ki, ABŞ və müttəfiqləri illərlə regionun neft və qazından məhrum qalacaqlar”,- bəyanatda bildirilib.
Əlavə edilib ki, İran indiyə qədər qonşuluq prinsiplərinə sadiq qalaraq hədəfləri seçərkən müəyyən məhdudiyyətlərə əməl edib.
“Lakin bundan sonra bütün bu məhdudiyyətlər aradan qalxmış sayılır”,- bəyanatda vurğulanıb.