AZ

Yıxılaraq xəsarət alan deputatın son durumu açıqlandı

Türkiyənin Antalya şəhərində Türk Dünyası Parlamentlərarası beynəlxalq futbol turnirində zədələnən Milli Məclisin deputatı Kamran Bayramovun son durumu açıqlanıb.

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, turnirdə iştirak edən yığmanın kapitanı Fazil Mustafa “Yeni Sabah”a açıqlamasında deyib ki, K.Bayramov hazırda Bakıdadır.

“Kamran müəllim artıq Bakıya geri qayıdıb. Burada əməliyyat olunacaq. Kifayət qədər ciddi zədə aldı. Ümumilikdə vəziyyəti yaxşıdır. Əvvəlcə bir az narahatlıq olmuşdu, amma indi həkimlərimizin müdaxiləsi ilə hər şeyin yaxşı olacağına inanırıq. Onlar öz şəfalı əlləri ilə yardımlarını göstərəcəklər. 

İnşallah, yenidən meydançaya qayıda bilər, bir müddət fasilə verməli olcaq. Kamran müəllim Milli Məclis komandasının önəmli oyunçusu olduğuna görə hamımız onun geri dönüşünü səbirsizliklə gözləıyirik”.

Xatırladaq ki, turnirin final qarşılaşmasında Azərbaycan və Türkiyə nümayəndələri üz-üzə gəliblər.

Qarşılaşma Türkiyə milli komandasının 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Matçda azərbaycanlı deputat Kamran Bayramov oyunun 20-ci dəqiqəsində ciddi zədə alıb. O, həkimlərin müdaxiləsindən sonra meydanı tərk etməli olub.

Əsmətxanım Rzazadə 


Telegram kanalımız
Seçilən
63
13
yenisabah.az

10Mənbələr