Aprel ayının sonunda Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) İdarə Heyətinin iclası keçiriləcək.
Bu barədə APA-nın sorğusuna cavab olaraq AKİ-dən bildirilib.
Qeyd edilib ki, iclasın gündəliyində sədr seçilməsi ilə bağlı qurultayın keçirilmə tarixinin müəyyənləşdirilməsi məsələsi yer alacaq.
Xatırladaq ki, mərhum Xalq artisti Rasim Balayev 2024-cü ildə AKİ-nin sədri seçilmişdi.
Qeyd edək ki, o, martın 29-u İstanbulda müalicə aldığı “Memorial” klinikada vəfat edib. Xalq artistinin cənazəsi dünən Bakıya gətirilib. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Rasim Balayevlə vida mərasimi keçirilib və o, I Fəxri xiyabanda dəfn edilib.
"Cebheinfo.az"