AZ

İçərişəhərin qala divarlarında aşınma olub

İçərişəhərin

İçərişəhərin qala divarlarının kiçik sahəsində aşınma olubKiçik Qala küçəsi ünvanında, 13-14 saylı bürclərin kəsişdiyi hissədə tarixi qala divarlarının kiçik bir sahəsində aşınma müşahidə edilib.Ulusum. az xəbər verir ki, bu barədə "Report"a "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən məlumat verilib.Bildirilib ki, mütəxəssislərin ilkin rəyinə əsasən, aşınmaya əsas səbəb son günlər müşahidə olunan aramsız atmosfer yağıntıları nəticəsində yaranan rütubət və təbii erroziya prosesləridir.Hadisə baş verdiyi andan etibarən idarə tərəfindən dərhal operativ tədbirlər görülüb, sözügedən ərazi tam nəzarətə götürülərək vətəndaşların təhlükəsizliyi üçün zəruri qabaqlayıcı addımlar atılıb. Hazırda tarixi abidənin həmin hissəsində yaranmış vəziyyətin aradan qaldırılması istiqamətində lazımi işlərin icrasına başlanılıb."Tarixi irsimizin qorunması və vətəndaşların təhlükəsizliyi idarənin fəaliyyətində prioritet məsələdir və proses daim diqqət mərkəzində saxlanılır", - məlumatda qeyd olunub.

Diqqət Çəkənlər

Çaykənd Qızılbalıqartırma Zavodu yenidən qurulacaq

Ağdaban soyqırımı

ABŞ ilə İran arasında atəşkəs

Seçilən
46
49
ulusum.az

10Mənbələr