AZ

Zelenski Putinin Pasxa atəşkəsi elan etməsinə cavab verdi

Rusiya Prezidenti Vladimir Putinin Pasxa atəşkəsi elan etməsindən sonra Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevin buna adekvat (güzgüvari) cavab verməyə hazır olduğunu bildirib.

Publika.az xəbər verir ki, video müraciət respublika rəhbərinin "Telegram" kanalında yayımlanıb.

Zelenski xatırladıb ki, Ukrayna tərəfi bu il Pasxa bayramı günlərində atəşkəs rejiminin qurulmasını təklif etmişdi. Ukrayna Prezidenti əlavə edib ki, Kiyev "müvafiq şəkildə hərəkət edəcək".

"İnsanlara təhlükəsiz Pasxa lazımdır", - deyə Zelenski vurğulayıb.

Aprelin 9-da Putin xüsusi hərbi əməliyyat zonasında Pasxa atəşkəsi elan edib. Kreml mətbuat xidmətindən bildirilib ki, dövlət başçısı bu qərarı qarşıdan gələn pravoslav Pasxa bayramı ilə əlaqədar qəbul edib. Atəşkəs 11 aprel saat 16:00-dan 12 aprel günün sonunadək qüvvədə olacaq.

Seçilən
50
27
publika.az

10Mənbələr