AZ

Türkiyənin Misirə mebel ixracı artıb (ÖZƏL)

BAKI,TurkicWorld, Orxan Qədirzadə

2026-cı ilin yanvar – mart aylarında Türkiyədən Misirə mebel ixracı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 8,3 faiz artaraq, 36 milyon 86 min 23 dollara bərabər olub.

Bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Türkiyə 2026-cı ilin mart ayında Misirə mebel ixracını 2025-ci ilin eyni dövrü ilə müqayisədə 7,3 faiz artaraq, 14 milyon 721 min 85 dollara çatdırıb.

Qeyd edək ki, 2026-cı ilin mart ayında Türkiyənin mebel ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 10,7 faiz azalaraq, 599 milyon 838 min dollara bərabər olub.

2026-cı ilin yanvar-mart aylarında Türkiyənin mebel ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 6,6 faiz azalaraq, 1 milyard 760 milyon 517 min dollara bərabər olub.

Nazirlikdən onu da bildiriblər ki, son 12 ay ərzində (mart 2026 - mart 2025) Türkiyə 7 milyard 860 milyon 144 min dollar məbləğində mebel ixrac edib.

Seçilən
16
39
turkic.world

10Mənbələr