Bakı. Trend
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsiqurumun fəaliyyətinə dair səsləndirilən iddialara münasibətbildirib.
Trend xəbərverir ki, bu barədə Dövlət Komitəsinin Mətbuat xidməti qurumunrəsmi saytında məlumat dərc edib.
Bildirilib ki, Laçın rayonunun Arduşlu kəndindən olan Şahin vəVüqar Qədirov qardaşları tərəfindən “Facebook” sosial şəbəkəsindəşəxsi hesablarında son günlər Qaçqınların və Məcburi Köçkünlərinİşləri üzrə Dövlət Komitəsinin fəaliyyətinə və nüfuzuna xələlgətirəcək əsassız iddialardan, eləcə də Komitənin Aparat rəhbəriEldar Zeynalovun ünvanına təhqir və böhtan xarakterli ifadələrdənibarət statuslar paylaşılıb.
Şahin Qədirov məcburi köçkün kimi Binəqədi rayonu, Binəqədişossesində yerləşən və Azərbaycan Avtomobil Yolları DövlətAgentliyinin balansında olan 2 saylı yataqxanada müvəqqəti olaraqqeydiyyata alınmışdır. O, dövlət tərəfindən mənzillə təmin olunmasıüçün müxtəlif vaxtlarda Komitəyə ərizə ilə müraciət etmiş vərəhbərlik tərəfindən qəbul edilərək dinlənilmişdir. Müraciətmüəllifinə Komitənin məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsifondunda boş yaşayış sahəsinin olmadığı və məcburi köçkün düşdüyüArduşlu kəndinin yenidən qurulmasından sonra onun da doğma kəndindəevlə təmin edilməsi məsələsinə mövcud qaydalar çərçivəsindəbaxılacağı barədə rəsmi olaraq məlumat verilmişdir.
Şahin Qədirovun yenidən Komitəyə müraciəti nəzərə alınaraq o,2026-cı il 8 aprel tarixində Aparat rəhbəri Eldar Zeynalovtərəfindən qəbul edilmişdir. Müraciət müəllifi hazırda fasilələrləkirayə və qohum evlərində yaşadığını əsas gətirərək, antiterrorəməliyyatları zamanı azad edilmiş yaşayış məntəqələrindən birindəonun iki otaqdan ibarət evlə təmin olunmasını israrla tələbetmişdir.
Komitədə fəaliyyət göstərən “Daimi Məskunlaşma Komissiyası”nınüzvləri tərəfindən aparılmış araşdırma zamanı Ş.Qədirovun həyatyoldaşından rəsmi qaydada boşandığı və bu səbəbdən AzərbaycanRespublikası Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli 65nömrəli qərarı ilə təsdiq edilmiş Qaydaya əsasən ona yalnız birotaqdan ibarət evin verilə biləcəyi müəyyən olunmuşdur. Bu bərədə,eləcə də hazırda antiterror əməliyyatları zamanı azad edilmişyaşayış məntəqələrində bərpa edilmiş evlər arasında bir otaqdanibarət evin olmadığı, gələcəkdə qeyd olunan yaşayış sahəsinə uyğunev olduğu təqdirdə müraciətinin müsbət həll ediləcəyi onundiqqətinə çatdırılmışdır.
Bütün qeyd olunanlardan sonra, əsassız tələblərinin yerinəyetirilmədiyini görən Şahin Qədirov, qardaşı Vüqar Qədirovla birgəDövlət Komitəsinin və onun vəzifəli şəxsinin ünvanına şər və böhtanxarakterli qərəzli fikirlərini sosial şəbəkə hesablarındapaylaşmış, öz maraqlarını təmin etmək üçün ictimai çaşğınlıq vədövlət qurumuna inamsızlıq yaratmağa cəhd etmişlər.
Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərinİşləri üzrə Dövlət Komitəsi, dövlət orqanına və ya vəzifəli şəxsəqarşı bilərəkdən yalan, nüfuzdan salan məlumatların (böhtan vətəhqir) yayılmasının Azərbaycan Respublikasının qanunvericiliyinəəsasən hüquqi məsuliyyət yaratdığını vətəndaşların diqqətinəçatdırır və onların qanunazidd hərəkətləri ilə bağlı müvafiq hüquqitədbirlərin görülməsi üçün məhkəməyə müraciət etmək hüququnu özüzərində saxlayır.