AZ

Melaniya Tramp üçün Epşteyn şoku: Qalmaqal ABŞ-ı yenidən silkələdi 

ABŞ-nin birinci xanımı Melaniya Tramp Cefri Epşteynlə əlaqəsi olmadığını  və adını təmiləmək istəyirsə, o zaman Konqresdə ifadə  verməlidir.

Ölkə.az xəbər verir ki, bu barədə Nümayəndələr Palatasının Nəzarət Komitəsinin üzvü, demokrat  Subramanyam  Melaniya Trampın X sosial media platformasında “uşaq istismarçısı Epşteynin qurbanı olmadığı" barədə açıqlamasına münasibət bildirərkən deyib.

"Birinci xanım Melaniya Tramp adını təmizləmək istəyirsə, Nəzarət Komitəsinin qarşısına çıxmalı və and içərək ifadə verməlidir. Əks halda, bu (bəyanat) həyasızcasına kitab təbliğatından başqa bir şey deyil. Tramp ailəsi adlarını təmizləmək üçün unikal bir mövqedədir, bəs niyə bunu etmirlər?", - demokrat  Subramanyam   deyib.

Qeyd edək ki, Melaniya Tramp ötən gün Ağ Evdə mətbuata açıqlamasında bildirib ki,  Epşteynin qurbanı deyiləm: “Epşteyn məni Donald Trampla tanış etməyib. Mən həyat yoldaşımla 1998-ci ildə Nyu-Yorkda bir məclisdə təsadüfən tanış oldum. Həyat yoldaşımla ilk görüşümüz sənədləşdirilib və kitabımda ətraflı təsvir olunub".

 Mürtəza

Seçilən
15
22
olke.az

10Mənbələr