AZ

Arıqlamaq istəyirsizsə, bu qidalardan UZAQ durun

Arıqlamaq sadəcə tərəzidəki rəqəmi azaltmaq deyil, düzgün qidalanma və əzələ kütləsini qoruyan fiziki aktivliklə davamlı bir prosesdir. Yanlış seçimlər arıqlamağı dayandıra bilər, düzgün vərdişlər isə bədəni qoruyaraq sağlam həyatın əsasını qoyur.

Bizim.Media xəbər verir ki, türkiyəli diyetoloq Səlahəddin Dönməz arıqlamağın əsas qaydalarını izah edib.
 

“Kartof püresi, düyü kimi qidalar, şəkərləndirici maddələr qan şəkərini sürətlə yüksəldə bilər. Bu səbəbdən arıqlama dövründə onların istifadəsinə diqqət yetirilməlidir. Qırmızı və ağ ət, yumurta, tam yağlı süd məhsulları bədənin ehtiyacına uyğun şəkildə qəbul olunmalıdır. Bol su içmək metabolizma üçün çox vacibdir, həmçinin, az miqdarda buğda, normal ölçüdə paxlalılar, tərəvəzlər və çərəzlər yemək məsləhətdir. Təbii zeytun yağı, çərəzlər və balıq istehlakı artırılmalıdır”.


Onun sözlərinə görə, bu qaydalar həm sağlam arıqlamağa, həm də nəticəni qorumağa kömək edir.

“Orqanizmi sağlam yağ turşuları ilə təmin etməklə, düzgün arıqlama prosesində qanda zərərli yağların yaranmasını azalda bilərsiniz. Bu isə sizi ürək xəstəliklərindən qoruyan çox yaxşı bir həyat tərzi dəyişikliyidir. Təzə meyvə, tərəvəz, paxlalıları müntəzəm şəkildə qəbul etməyə çalışın. Onların tərkibində olan polifenollar, antioksidantlar, flavonoidlər, fitosterollar və qida lifləri zərərli oksigen radikallarını zərərsizləşdirir, azot oksidinin sintezini artırır, antiinflamatuar (iltihabəleyhinə) təsiri maksimuma çatdırır ki, nəticədə arıqlama prosesində oksidativ stress azalır və yaşlanma prosesi ləngiyir”.

Diyetoloq fiziki aktivliyin də önəmli olduğunu vurğulayıb.

Bizim.Media

Seçilən
23
2
bizim.media

3Mənbələr