AZ

Tramp “Allaha şükür” dedi və ABŞ-ni qalib elan etdi

ABŞ prezidenti Donald Tramp İranla bağlı yenicə verdiyi açıqlamasında Vaşinqtonu bu müharibənin qalibi elan edib.

Musavat.com-un xəbərinə əsasən, Tramp bildirib ki, İranın hərbi imkanları ciddi şəkildə sıradan çıxarılıb.

Onun sözlərinə görə, İranın donanması, hərbi hava qüvvələri və hava hücumundan müdafiə sistemləri məhv edilib, radarları fəaliyyət göstərmir, raket və pilotsuz aparat istehsalı ilə bağlı infrastrukturlar isə demək olar ki, dağıdılıb. O, həmçinin İranın uzun illər ölkəyə rəhbərlik etmiş bəzi əsas fiqurlarının artıq həyatda olmadığını qeyd edib və açıqlamasını “Allaha şükür” ifadəsi ilə tamamlayıb.

Bu bəyanat ABŞ və İran arasında İslamabad şəhərində davam edən danışıqlar fonunda səsləndirilib.

İran tərəfi isə tam əks mövqe sərgiləyir. Rəsmi Tehran və ona yaxın mənbələr bildirirlər ki, müharibədə üstünlük İrana məxsus olub və məhz bu üstünlük nəticəsində ABŞ danışıqlar masasına oturmağa məcbur qalıb.

Hazırda tərəflər arasında həm informasiya müstəvisində, həm də diplomatik səviyyədə qarşılıqlı ziddiyyətli bəyanatlar davam edir.

Musavat.com

Seçilən
12
50
musavat.com

10Mənbələr