AZ

Nərimanın komandası öz meydanında xal itirdi

Qol.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Nərimanın komandası öz meydanında xal itirdi

Azərbaycan millisinin hücumçusu Nəriman Axundzadənin də formasını geyindiyi “Kolambus Kryu” MLS-in Şərq Konfransında 7-ci tur oyununa çıxıb.

QOL.az xəbər verir ki, komanda “Orlanda Siti”ni qəbul edib. Görüş 1:1 hesabı ilə nəticələnib.

Hesabı 15-ci dəqiqədə “Orlanda Siti”nin futbolçusu Marko Pasaliç açıb. 80-ci dəqiqədə isə Dieqo Rossi cavab qolunu vurub.

Nəriman matçın iştirak ərizəsində yer alsa da, meydana daxil olmayıb.

Hazırda "Kolumbus Kryu" Şərq Konfransında 6 xalla 11-ci, “Orlanda Siti” isə 4 xalla 13-cüdür.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
6
5
qol.az

10Mənbələr