AZ

Azərbaycan iqtisadiyyatı kiçilib

Bu ilin yanvar-mart aylarında Azərbaycanda 29 milyard 703,2 milyon manatlıq ümumi daxil məhsul (ÜDM) istehsal olunub.

FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin 2026-cı ilin yanvar-mart aylarında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərində bildirilir.

Məlumata görə, bu, ötən ilin eyni dövrünə nisbətən 0,3 % azdır.

O cümlədən, son 1 ildə ölkənin neft-qaz ÜDM-nin dəyəri 1,2 % azalaraq 8 milyard 531,6 milyon manata düşüb, qeyri-neft-qaz ÜDM-nin dəyəri isə 0,2 % artaraq 21 milyad 171,6 milyon manata çatıb.

Seçilən
4
2
fed.az

7Mənbələr