AZ

Sabiq baş mühasib külli miqdarda vəsaiti mənimsəməkdə ittiham olunur – iş məhkəməyə göndərildi

Bakı.Trend:

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylıƏrazi Vergi İdarəsinin sabiq baş mühasibi Rəşad Babayev küllimiqdarda vəsaiti mənimsəməkdə ittiham olunur .

Bu barədə Trend-ə Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət VergiXidmətinin 4 saylı Ərazi Vergi İdarəsinin sabiq baş mühasibi RəşadBabayevin 2022-2025-cü illər ərzində vəzifədə işləyərkən öz qulluqmövqeyindən istifadə edərək ona etibar edilmiş külli miqdarda pulvəsaiti öz əmək haqqını hesabına köçürməklə mənimsəməsinə əsaslışübhələr müəyyən edilib.

Rəşad Babayevin qanunsuz əməlləri barədə həmin Xidmətdən daxilolmuş material əsasında Baş prokuror yanında Korrupsiyaya qarşıMübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqıyekunlaşıb.

Toplanmış sübutlar əsasında Rəşad Babayevə AzərbaycanRespublikası Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda ziyanvurmaqla mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri iləittiham elan edilməklə barəsində polisin nəzarəti altına vermənövündə qətimkan tədbiri seçilib.

Cinayət işi baxılması üçün aidiyyəti üzrə Sumqayıt AğırCinayətlər Məhkəməsinə göndərilib.

Seçilən
28
27
az.trend.az

10Mənbələr