
Bu ilin yanvar-mart aylarında Azərbaycanda 29 milyard 703,2 milyon manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunub.
Kommersant.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 0,3% azdır.
Dövr ərzində neft-qaz ÜDM-nin dəyəri 8 milyard 531,6 milyon manat, qeyri-neft-qaz ÜDM-nin dəyəri isə 21 milyad 171,6 milyon manat təşkil edib.
Beləliklə, ötən ilin eyni dövrü ilə müqayisədə ölkənin neft-qaz ÜDM-nin dəyəri 1,2% azalıb, qeyri-neft-qaz ÜDM-nin dəyəri isə 0,2% artıb