AZ

Türkiyədə məktəbə silahlı hücum: 7 nəfər yaralanıb

Türkiyədə
Türkiyənin Şanlıurfa vilayətində yerləşən bir liseydə baş verən silahlı hücum panikaya səbəb olub. 1news.az Türkiyə mediasına istinadən xəbər verir ki, Siverek rayonundakı Ahmet Koyuncu Peşə və Texniki Anadolu Liseyinə daxil olan şəxs ətrafa təsadüfi atəş açıb.

Hadisə ilə bağlı daxil olan məlumatdan sonra əraziyə çox sayda polis, təcili tibbi yardım və xüsusi təyinatlı qüvvələr cəlb edilib. Təhlükəsizlik qüvvələri məktəbdə genişmiqyaslı tədbirlər görüb, içəridə olan şagirdlərin əksəriyyəti təxliyə olunub.
İlkin məlumata görə, hücum nəticəsində 7 nəfər yaralanıb. Yaralılar hadisə yerində ilkin tibbi yardım aldıqdan sonra xəstəxanaya yerləşdiriliblər.
Hücum edən şəxsin məktəb şagirdi olduğu iddia edilir. Onun bəzi şagirdləri girov götürdüyü də irəli sürülür. Şübhəlinin zərərsizləşdirilməsi istiqamətində əməliyyat davam edir.


Hadisənin dəhşətli anları ətrafdakı təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Faktla bağlı genişmiqyaslı araşdırma başlanıb.

Seçilən
23
1
1news.az

2Mənbələr