Bizimyol saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Ukrayna və Almaniya dron istehsalı sahəsində fundamental bir mega-saziş hazırlamağa başlayıblar.
Bizimyol.info xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski Berlin şəhərində Almaniya Kansleri Fridrix Merzlə birgə keçirdiyi mətbuat konfransında bildirib.
Dövlət başçısı xatırladıb ki, Ukrayna artıq Almaniya ilə əməkdaşlıq edir və birgə silah istehsalı həyata keçirir. Onun sözlərinə görə, bu istehsalın nəticələrini “bu gün görürük”.
“Bu gün Almaniyada sənaye, hökumət və insanlar artıq anlayırlar ki, onların bütün dəstəyi üçün biz yalnız təşəkkür etmirik, eyni zamanda bu, bizim təcrübəmiz və həqiqətən birgə istehsala verdiyimiz töhfə ilə geri dönür. Amma belə bir mega-sənəd, fundamental bir sənəd olan "Drone Deal" (dronlar haqqında saziş) hazırlamağa başlayırıq. Razılaşdıq ki, bu, ölkələrimiz arasında olacaq. Bəli, bu, Yaxın Şərqdə razılaşdığımız mövzudur, amma bu, öz sənədimizdir. Almaniya – bizim böyük tərəfdaşımızdır. Buna görə əminəm ki, Avropada ən iri belə sazişlərdən biri bizim olacaq”, – deyə Zelenski vurğulayıb.
O əlavə edib ki, Ukrayna və Almaniya komandaları “həcmi, bütün detalları və müddətləri” işləyəcəklər.
Bildirilir ki, Ukrayna artıq Səudiyyə Ərəbistanı, Qətər və BƏƏ ilə müvafiq sazişlərə malikdir, növbədə isə Oman, Küveyt və Bəhreyn var. Bu sazişlər ABŞ və İsrailin İranla müharibəsinin başlanması ilə mümkün olub. İran rejimi cavab olaraq Fars körfəzi ölkələrinə “Şahəd” tipli zərbə dronları göndərməyə başlayıb. Ukraynalı mütəxəssislər həmin ölkələrə öz təcrübə və bacarıqlarını göstərmək üçün yollanıblar.
Xüsusilə, ukraynalı mütəxəssislər yerli istehsal olunan interceptorlar vasitəsilə artıq Yaxın Şərqdə İranın “Şahəd” dronlarını vurublar.
Əvvəlcə Ukrayna ABŞ-a təxminən 35–50 milyard dollar dəyərində dron istehsalı sazişi təklif etmişdi. Ukrayna hədəfi dronlar, süni intellekt texnologiyaları və radioelektron mübarizə sistemləri üçün ixrac infrastrukturu yaratmaqdır.
Qadir, Bizimyol.info
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.