AZ

Ukrayna və Almaniya arasında 10 razılaşmaİMZALANDI

Ukrayna ilə Almaniya arasında müxtəlif sahələri əhatə edən 10 razılaşma imzalanıb.

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Almaniyada keçirilən brifinqdə, Almaniya kansleri Fridrix Merts ilə birgə çıxışı zamanı məlumat verib.

Zelenski bildirib ki, imzalanan sənədlər müxtəlif səviyyələri əhatə edir və artıq qüvvəyə minib. Onun sözlərinə görə, əsas razılaşmalardan biri hava hücumundan müdafiə sahəsinə aiddir. Bu çərçivədə Ukraynaya PAC-2 raketlərinin və IRIS-T sistemləri üçün buraxılış qurğularının verilməsi nəzərdə tutulur.

Ukrayna lideri əlavə edib ki, Almaniyaya pilotsuz uçuş aparatlarının istehsalı və satışı ilə bağlı ikitərəfli saziş imzalanmasını da təklif edib.

NURİYYƏ

Seçilən
34
22
redaktor.az

10Mənbələr