AZ

Paytaxtda müşahidə olunan dolu hazırkı dövr üçün xarakterikdirmi?

Bakı. Trend:

Ötən gün Bakıya dolu yağıb. Paytaxtın bəzi ərazilərində şiddətliyağıntı qeydə alınıb.

Müşahidə olunan dolu hadisəsi hazırkı dövr üçünxarakterikdirmi?

Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji ProqnozlarBürosunun direktoru Gülşad Məmmədova Trend-in sorğusuna cavab olaraq bildirib ki,Abşeron yarımadasında dolu hadisəsi nadir hallarda baş verir vəadətən qısamüddətli olur.

Onun sözlərinə görə, Azərbaycanda dolu daha çox dağlıq vədağətəyi ərazilər üçün xarakterikdir.

“Dolu qısamüddətli və lokal xarakter daşıyan və qəfil formalaşabilən atmosfer hadisəsidir. Ölkə ərazisində dolu hadisələri əsasənilin isti yarısında, xüsusilə yaz aylarında müşahidə olunur və bəziillərdə bu proses may–iyun aylarında da qeydə alınır”.

G.Məmmədova yaxın günlərdə gözlənilən hava barədə də məlumatverib:

“Aprelin 16-17-də Bakıda və Abşeron yarımadasında havaşəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyigözlənilir.

Bölgələrdə də havanın sabitləşəcəyi, gün ərzində əsasənyağmursuz keçəcəyi gözlənilsə də, 16-sı gündüz bəzi yerlərdəhavanın qısamüddətli az yağıntılı olacağı, şimşək çaxacağı, doludüşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəziyerlərdə arabir duman olacaq”.

Seçilən
33
10
az.trend.az

10Mənbələr