Bakı. Trend:
Bu ilin yanvar-mart aylarında xarici maliyyə mənbələrindən əsaskapitala 1 milyard 125,5 milyon manat məbləğində investisiyayatırılıb.
Trend bu barədəDövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata əsasən, bu, 2025-ci ilin eyni dövründəki göstərici iləmüqayisədə 17 faiz çoxdur.
Xarici mənbələrdən əsas kapitala yönəldilmiş investisiyaların941,3 milyon manatı neft-qaz sektoru, 184,2 milyon manatı isəqeyri-neft-qaz sektoru üzrə həyata keçirilib. 2025-ci ilinyanvar-mart aylarındakı göstəricilərlə müqayisədə xarici maliyyəmənbələrindən Azərbaycanın neft-qaz sektoru üzrə əsas kapitalınayönəldilmiş investisiyaların həcmi 45,6 faiz artıb, qeyri-neft-qazsektoru üzrə isə 41,6 faiz azalıb.
Qeyd edək ki, 2026-cı ilin yanvar-mart aylarında ölkəniniqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyəmənbələrindən əsas kapitala 4 milyard 49,8 milyon manat və ya2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 14,9 faiz çox investisiyayönəldilib. Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi44,6 faiz, qeyri neftqaz sektoruna yönəldilmiş investisiyalarınhəcmi isə 2,2 faiz çox olub.
Ümumi sərmayənin 2 milyard 286,6 milyon manatı və ya 56,5 faiziməhsul istehsalı sahələrinin, 1 milyard 252,8 milyon manatı (30,9faizi) xidmət sahələrinin, 510,4 milyon manatı (12,6 faizi) isəyaşayış evlərinin tikintisinin payına düşüb. Ümumi sərmayənin 34,3faizi dövlət, 65,7 faizi qeyridövlət sektorunun sərmayədarlarıtərəfindən qoyulub. Daxili mənbələrdən əsas kapitala yönəldilmişinvestisiyanın dəyəri ümumi sərmayənin 72,2 faizini təşkiledib.