AZ

Ermənistanın hava məkanını bir neçə günlik bağlanacaq

Mayın 3-dən 5-dək Ermənistanın hava məkanında ümumi aviasiyanın bütün növlərinin, o cümlədən mülki pilotsuz uçuş aparatlarının uçuşları qadağandır.

Bu barədə Ermənistan Mülki Aviasiya Komitəsi məlumat yayıb. 

“3-5 may 2026-cı il tarixlərində Ermənistanda keçirilməsi planlaşdırılan genişmiqyaslı tədbirləri (8-ci Avropa Siyasi Birliyinin Zirvə Toplantısı, Ermənistan-Aİ Sammiti və Yerevan Dialoqu) və bu tədbirlərdə iştirak edəcək çoxlu sayda xarici nümayəndə heyətini nəzərə alaraq, təhlükəsizlik baxımından hava məkanında ümumi aviasiyanın bütün növlərinin, o cümlədən mülki pilotsuz uçuş aparatlarının uçuşları qadağandır”, - bəyanatda deyilir.

Seçilən
6
6
herbiand.az

9Mənbələr