AZ

Lənkəranda zəncirvari qəza: 7 nəfər xəsarət alıb

BAKI, 18 aprel. TELEQRAF

LƏNKƏRAN, 18 aprel. TELEQRAF

Lənkəranda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 7 nəfər xəsarət alıb.

Teleqraf-ın cənub bürosunun məlumatına görə, hadisə Lənkəran-Boradigah-Masallı magistralında, Girdəni kəndi ərazisində qeydə alınıb.

İlkin məlumata əsasən, Lənkəran rayonunun Separadi kənd sakini, 1996-cı il təvəllüdlü Elmar Hünər oğlu Cəfərli idarə etdiyi “Renault” markalı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən Vilvan kənd sakini, 2002-ci il təvəllüdlü Şərif Şəfi oğlu Hüseynzadənin idarə etdiyi “Toyota Prius” markalı minik avtomobili ilə toqquşub. Zərbənin təsirindən “Toyota Prius” digər “Toyota” markalı nəqliyyat vasitəsinə çırpılıb.

Qəza nəticəsində hər iki sürücü olmaqla yanaşı, Separadi kənd sakinləri – 1977-ci il təvəllüdlü Fuad Nayib oğlu Şərifov, 1995-ci il təvəllüdlü Ağadadaş Səməd oğlu Ağazadə, 1978-ci il təvəllüdlü Ramil Rəsul oğlu Məmmədov, eləcə də Vilvan kənd sakinləri – 1999-cu il təvəllüdlü Elşad Qılman oğlu Musazadə və 1999-cu il təvəllüdlü Ramil Əbülfət oğlu Əzimov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanası Təcili Yardım şöbəsinə yerləşdirilib, onlara zəruri ilkin tibbi yardım göstərilib. Vəziyyəti ağır olan Ramil Məmmədov reanimasiya şöbəsinə qəbul olunub.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
19
9
teleqraf.com

10Mənbələr