Prezident Donald Tramp ABŞ və İran rəsmilərinin İslam Respublikasından zənginləşdirilmiş uranın çıxarılması üçün birgə çalışacaqlarını bildirib.
AZƏRTAC xəbər verir ki, CBS-ə verdiyi müsahibədə uranın çıxarılması məqsədilə İrana Amerika qoşunlarının yerləşdirilib-yerləşdirilməyəcəyi ilə bağlı suala Prezident “Xeyr, qoşun olmayacaq” cavabını verib.
“Gəlib onu özümüzlə aparacağıq. Birlikdə çıxaracağıq, çünki bu vaxta qədər razılaşmalar əldə olunacaq və razılaşmalar əldə edildikdə döyüşməyə ehtiyac qalmayacaq”, – deyə o əlavə edib.
“Xalqımız onu əldə etmək üçün iranlılarla birlikdə çalışacaq. Daha sonra isə onu ABŞ-yə gətirəcəyik”, – deyə Amerika lideri bildirib və tərəflərin bu həftəsonu görüşmək niyyətində ola biləcəyini qeyd edib.