AZ

MPL: Karvan Yevlax a 1 qol bəs etdi, Sabah səfərdə Qarabağ ı üstələdi

ain.az xəbər verir, Fanat saytına əsaslanaraq.

Misli Premyer Liqasında XXVIII tur davam edir.

Fanat.Az xəbər verir ki, bu gün 2 qarşılaşma baş tutub.

Günün ilk matçında “Karvan-Yevlax” “Şamaxı”nı qəbul edib. Görüşün taleyini bir qol həıl edib. Meydan sahibləri ardıcıl ikinci qələbəsini qazanıblar. 

Günün növbəti qarşılaşmasında isə "Qarabağ" və "Sabah" münasibətlərə aydınlıq gətiriblət. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matçda qonaqlar minimal hesablı qələbəyə seviniblər. Turun mərkəzi görüşünü Elçin Məsiyev idarə edib. 

Tura bazar günü yekun vurulacaq. 

Qeyd edək ki, ötən gün "Araz-Naxçıvan" "Turan Tovuz"a böyük hesabla (0:3) uduzub, "Zirə" – "Neftçi" derbisində isə qalib müəyyənləşməyib (1:1).

Misli Premyer Liqası

XXVIII

18 aprel

"Karvan-Yevlax" – "Şamaxı" 1:0 

Qol: Coy Sleyd Mikels, 39.

Hakimlər: Emin Əliyev, Zeynal Zeynalov, Müslüm Əliyev, Rəşad Əhmədov.

VAR: Əli Əliyev.

AVAR: Rahil Ramazanov.

Hakim-inspektor: Ceyhun Haşımov.

AFFA nümayəndəsi: Namiq Əliyev.

Yevlax şəhər stadionu.

“Karvan-Yevlax”: 99. Pedro Mateuş, 6. Vadim Abdullayev (k), 33. Eltun Turabov, 13. Vüsal Məsimov, 14. Uğur Cahangirov, 16. Rauf Rüstəmli, 5. Emin Rüstəmov, 20. Coy Sleyd Mikels, 2. Şakil Sno, 8. Peter Kings, 21. İmani Barker.

Ehtiyat oyunçular: 1. Kamran İbrahimov, 25. Əmrah Bulud, 17. Samir Abdullayev, 11. Kayl Spens, 37. Mois Nqvisani, 19. Tompson Qavi, 10. Samuel Durrant, 4. Olavale Doyeni.

Baş məşqçi: Fizuli Məmmədov.

“Şamaxı”: 62. Abdulla Seydəhmədov, 5. Arsen Ağcabəyov (k), 97. Oruc Məmmədov, 82. Rüfət Abbasov, 7. Edqar Adilxanov, 9. Karim Rossi, 10. Andrey Tirkoveanu, 3. Vladislav Veremeyev, 13. Rikardo Apolinario, 4. Sezar Enrike, 44. David Santos.

Ehtiyat oyunçular: 99. Səlim Həşimov, 17. Rafael Məhərrəmli, 2. Abdulla Rzayev, 80. Həbib İsmayılov, 21. Bilal İsmayılov, 27. Emil Süleymanov, 77. Nihat Mehralıyev, 14. Ravil Qafarov, 88. Rodriqo Fernandeş, 19. Abdullahi Şuaybu, 8. Alfons Msanqa.

Baş məşqçi: Ayxan Abbasov.

"Qarabağ" – "Sabah" 0:1

Qol: A.Xaybullayev, 45.

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, İnqilab Məmmədov.

VAR: Tural Qurbanov.

AVAR: Cəmil Quliyev.

Hakim-inspektor: Şahin Cəfərov.

AFFA nümayəndəsi: Azər Əsgərov.

Tofiq Bəhramov adına Respublika stadionu.

“Qarabağ” 99. Mateus Koxalski 27. Toral Bayramov 10. Abdullah Zubir (k) 81. Kevin Medina 20. Kadi Borqes 2. Mateus Silva 9. Joni Montiel 18. Dani Bolt 15. Leandro Andrade 35. Pedro Bikalyo 17. Kamilo Duran 

Baş məşqçi: Qurban Qurbanov

Ehtiyat oyunçular: 97. Fabian Buntiç 89. Amin Ramazanov 55. Bədavi Hüseynov 77. Ramil Şeydayev 22. Musa Qurbanlı 8. Marko Yankoviç 21. Aleksey Kaşuk 11. Emmanuel Addai 24. Jeremi Qnali

“Sabah” 92. Stas Pokatilov (k) 6. Abdulax Xaybulaev 20. Coy Lens Mikels 21. Velko Simiç 40. İqor Noqeyra 80. Akim Zedadka 3. Stiv Solvet 27. Timoteuş Puxaç 13. İvan Lepiniça 11. Kahim Parris 19. Aron Maluda

Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev 94. Rəvan Mirzəmmədov 17. Tellur Mütəllimov 10. Aleksey İsayev 2. Amin Seydiyev 5. Rəhman Daşdəmirov 9. Xəyal Əliyev 70. Cesse Sekidika 22. Zinedin Uld Xaled 99. Patrik Mbina 53. Andrey Santos 83. Stefan Ende

Baş məşqçi: Valdas Dambrauskas

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
6
5
fanat.az

9Mənbələr