AZ

Masallıda yol qəzası baş verib, ölən var

Masallıda ağır qəzada 1 nəfər ölüb.

Heftelik.az APA-ya istinadən xəbər verir ki, hadisə geccə saatlarında Masallı şəhərinin Seybətin küçəsində qeydə alınıb.

Masallı rayon sakini 18 yaşlı Məsləhət Cabbarov idarə etdiyi “BMW” markalı avtomobillə hərəkətdə olarkən Lənkəran rayon sakini Amid Məmmədzadənin idarə etdiyi “Chevrolet Cruze” markalı nəqliyyat vasitəsi ilə toqquşub. Qəza nəticəsində M.Cabbarov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Masallı rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunub. Buna baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. O, aldığı xəsarətlərdən xəstəxanada ölüb.

Meyit aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

TƏBİB-dən bildirilib ki, Masallı rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 2008-ci il təvəllüdlü şəxs (kişi) 18.04.2026-cı il tarixində saat 23:50 radələrində qapalı kəllə-beyin travması ilə Masallı Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Komatoz vəziyyətdə olan şəxsə bütün zəruri reanimasiyon tədbirlərin göstərilməsinə baxmayaraq, 19.04.2026-cı il tarixində saat 00:09-da ölüm faktı qeydə alınıb.

Seçilən
19
13
heftelik.az

10Mənbələr