AZ

Masallıda yol qəzası olub, ölən var VİDEO

Avtosfer saytından verilən məlumata görə, ain.az xəbər verir.

Masallı rayonunda ağır yol qəzası baş verib. 

Avtosfer.az xəbər verir ki, hadisə Masallı şəhərinin Seybətin küçəsində qeydə alınıb. 

Belə ki, Masallı rayon sakini, 18 yaşlı Məsləhət Cabbarov idarə etdiyi "BMW" markalı avtomobillə hərəkətdə olarkən Lənkəran rayon sakini Amid Məmmədzadənin idarə etdiyi "Chevrolet Cruze" markalı nəqliyyat vasitəsi ilə toqquşub. 

Qəza nəticəsində M.Cabbarov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Masallı rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Lakin onun həyatını xilas etmək mümkün olmayıb. O, aldığı xəsarətlərdən xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır./unikal

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
2
6
avtosfer.az

10Mənbələr