AZ

Masallıda iki avtomobil toqquşdu 1 ölü

Redaktor.az saytına istinadən ain.az xəbər verir.

Masallıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az xəbər verir ki, hadisə gecə saatlarında Masallı şəhərinin Seybətin küçəsində qeydə alınıb.

Masallı rayon sakini 18 yaşlı Məsləhət Cabbarov idarə etdiyi "BMW" markalı avtomobillə hərəkətdə olarkən Lənkəran rayon sakini Amid Məmmədzadənin idarə etdiyi "Chevrolet Cruze" markalı nəqliyyat vasitəsi ilə toqquşub.

Qəza nəticəsində M.Cabbarov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Masallı Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Buna baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. O, aldığı xəsarətlərdən xəstəxanada ölüb.

Meyit aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır (oxu.az).

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
1
16
redaktor.az

10Mənbələr