Masallıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Manset.az Report-a istinadən xəbər verir ki, hadisə gecə saatlarında Masallı şəhəri ərazisində baş verib.
Belə ki, rayon sakini 18 yaşlı Məsləhət Cabbarov idarə etdiyi "BMW" markalı avtomobillə hərəkətdə olarkən Lənkəran rayon sakini Amid Məmmədzadənin idarə etdiyi "Chevrolet Cruze" markalı nəqliyyat vasitəsi ilə toqquşub. Qəza nəticəsində M. Cabbarov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
TƏBİB-dən bildirilib ki, Masallı rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 2008-ci il təvəllüdlü şəxs (kişi) 18.04.2026-cı il tarixində saat 23:50 radələrində qapalı kəllə-beyin travması ilə Masallı Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Komatoz vəziyyətdə olan şəxsə bütün zəruri reanimasiyon tədbirlərin göstərilməsinə baxmayaraq, 19.04.2026-cı il tarixində saat 00:09-da ölüm faktı qeydə alınıb. Meyit aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.