AZ

“Azərpoçt”un rəhbəri vəzifəsindən getdi — Yeni təyinat - FOTO

“Azərpoçt” MMC-nin İdarə Heyətinin (İH) sədri vəzifəsini icra edən İsi Mustafayev işdən çıxıb.

Kommersant.az “Report”a istinadən xəbər verir ki, o, “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-nin İH sədrinin müşaviri vəzifəsinə təyinat alıb.

Bildirilib ki, İ. Mustafayev 2000-ci ildən müxtəlif şirkət və banklarda iqtisadçı və departament direktoru kimi rəhbər vəzifələrdə çalışıb, 2021-2022-ci illərdə “Azərpoçt”un baş direktorunun müavini vəzifəsini icra edib, həm də şirkətin İdarə Heyətinin üzvü olub.

***

Kommersant.az APA-ya istinadən xəbər verir ki, “Azərpoçt” MMC-nin İdarə Heyətinin (İH) sədri vəzifəsi Manaf Babayevə həvalə edilib.

Qeyd edək ki, M. Babayev bundan öncə Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqində (AZCON) baş maliyyə direktorunun müavini olaraq çalışıb.

Seçilən
27
7
kommersant.az

10Mənbələr