AZ

Premyer Liqada son 10 mövsümün rekordu

Misli Premyer Liqasında mövsümün tamaşaçı rekordu qeydə alınıb.

Apasport.az xəbər verir ki, bu, XXVIII turun “Qarabağ” – “Sabah” matçına (0:1) təsadüf edib. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşmanı 17 min 338 seyrçi izləyib.

Bu oyunadək əvvəlki rekord da eyni komandaların bu arenadakı görüşünə təsadüf etmişdi. XXII turun 3:3 hesabı ilə bitən qarşılaşmasını 10 min 361 tamaşaçı seyr edib.

XXVIII turun oyunundakı nəticə həm də son 10 mövsümün ən yüksək göstəricisidir. Daha çox tamaşaçının izlədiyi sonuncu görüş 2015/16 mövsümündə baş tutub. 2016-cı il fevralın 14-də Gəncə şəhər stadionunda keçirilən “Kəpəz” – “Qarabağ” oyununa 20 min 400 nəfər tamaşa edib.

Kaxaber Tsxadadze: “Son oyunlarda əlimizdən gələni etməliyik”

Jorj Kaşkilya: “Bu, zarafat deyil”

“Sumqayıt” liqada qalmağı təmin etdi - YENİLƏNİB

Azər Bağırov: “Bir az əsəbi idim”

XXIII turun təyinatları açıqlanıb

Seçilən
5
17
apasport.az

10Mənbələr