AZ

Rusiyada qəribə dönüş

Ukrayna ilə savaşda ağır iqtisadi vəziyyətə düşən Moskva iri aktivlərin özəlləşdirilməsindən büdcəyə gəlir toplamağa çalışır.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Rusiya Federal Dövlət Əmlakının İdarəedilməsi Agentliyi (Rosimuşestvo) may ayında milliləşdirilmiş iri qızıl hasilatçısı "Yujuralzoloto"nun (UGK) nəzarət paketini hərraca çıxarmağa hazırlaşır.

Rəsmi məlumata görə, şirkətin 67,2 faizlik dövlət payı 140,4 milyard rubl qiymətləndirilib. Hərraca çıxarılacaq bütün aktivlərin ümumi dəyəri isə 162 milyard rubl (təxminən 2 milyard 147 milyon dollar) təşkil edir.

Bununla bağlı hökumət sərəncamı hazırlanıb və açıq rəqabətli hərracın 2026-cı ilin may ayının əvvəlində keçirilməsi planlaşdırılır.

Müsabiqə sürətləndirilmiş qaydada təşkil olunacaq. İştirakçılara ərizə vermək və ilkin ödəniş yatırmaq üçün cəmi 5 iş günü vaxt veriləcək. Girov məbləği isə ilkin qiymətin 20 faizi, yəni 32,4 milyard rubl olacaq.

Analitik Əhməd Əliyev bildirib ki, dövlətin müəyyən etdiyi qiymət təxminən 0,94 rubl/səhm səviyyəsinə uyğundur ki, bu da bazar qiymətindən 16 faiz yüksəkdir.

Xəbər fonunda Moskva birjasında "Yujuralzoloto" səhmləri təxminən 10 faiz bahalaşaraq 0,81 rubla yüksəlib.

Dövlət şirkət üzərində nəzarəti ötən ilin iyulunda əldə edib. Məhkəmə qərarı ilə səhmlər milyarder Konstantin Strukovdan alınaraq dövlətə verilib.

Rusiya Maliyyə Nazirliyi əvvəlcə bu paketi ötən ilin sonuna qədər satmaq istəyirdi, daha sonra tarix mart ayına, indi isə may ayına keçirilib. Məqsəd federal büdcəyə əlavə vəsait cəlb etməkdir.

Əsas alıcılardan biri kimi mis istehsalçısı UQMK göstərilir.

Hazırda şirkətin təxminən 22 faizi "Qazprombank"a, 10,8 faizi isə sərbəst dövriyyəyə məxsusdur.

Bununla yanaşı, minoritar səhmdarlara məcburi təklifin kim tərəfindən veriləcəyi məsələsi hələ də açıq qalır. Rusiya Mərkəzi Bankı bunu dövlətin etməli olduğunu bildirir, Maliyyə Nazirliyi isə bu öhdəliyin yeni sahibə aid olduğunu müdafiə edir.

Musavat.com

Seçilən
15
50
musavat.com

10Mənbələr