AZ

Yunanıstan Azərbaycandan təbii qaz idxalını artırıb

Bakı. Trend:

Cari ilin yanvar-fevral aylarında Azərbaycandan Yunanıstana71,674 milyon ABŞ dolları dəyərində 174,937 milyon kubmetr təbiiqaz ( o cümlədən, qaz şəklində) ixrac olunub.

Bu haqda Trend-əAzərbaycanın Dövlət Statistika Komitəsindən bildiriblər.

Məlumata əsasən, bu göstərici ötən ilin eyni dövrü iləmüqayisədə dəyər ifadəsində 1,661 milyon ABŞ dolları və ya 2,3 faizazalıb, fiziki həcm baxımından isə 40,809 milyon kubmetr və ya 30,4faiz artıb.

Ümumilikdə, 2026-cı ilin yanvar-fevral aylarında Azərbaycandan 8ölkəyə 1,285 milyard ABŞ dolları dəyərində 4,381 milyard kubmetr(qaz halında) təbii qaz ixrac olunub . Ötən ilin eyni dövrü iləmüqayisədə bu göstərici dəyər ifadəsində 265 milyon ABŞ dolları vəya 17,1% azdır, fiziki həcm baxımından isə 193,7 milyon kubmetr vəya 4,6% artım qeydə alınıb.

Məqalədə:
Seçilən
16
2
az.trend.az

3Mənbələr