AZ

Bakı Metropoliteninin fəaliyyəti saat 15:00-da bərpa ediləcəkYENİLƏNİB-4

Bakı Metropoliteninin fəaliyyəti saat 15:00-da bərpa ediləcək.

Bu barədə Xezerxeber.az-a "Bakı Metropoliteni" QSC-dən bildirilib.

13:20

Hazırda təmas relsinə yüksək gərginliyin verilməsində yaranmış nasazlığın aradan qaldırılması istiqamətində operativ tədbirlər görülür.

“Bakı Metropoliteni” QSC-dən AZƏRTAC-a bildirilib ki, yaxın bir saat ərzində metropolitenin fəaliyyəti bərpa ediləcək.

13:05

"Qara Qarayev–Nərimanov" mənzilində tuneldə qalan qatarlardan sərnişinlərin təxliyəsi təhlükəsiz şəkildə həyata keçirilib.

Bu barədə Xezerxeber.az-a "Bakı Metropoliteni" QSC-dən bildirilib.

Qeyd olunub ki, texniki nasazlığın aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir.

13:00

Bakı metrosunda təmas relsinə yüksək gərginliyin verilməsində yaranan nasazlıq zamanı metro əməkdaşları və sərnişinlərin həyatı üçün hər hansı təhlükə qeydə alınmayıb.

“Bakı Metropoliteni” QSC-dən Xezerxeber.az-a bildirilib ki, hazırda texniki nasazlığın aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir.

12:42

“Bakı Metropoliteni” QSC-nin bütün stansiyalarında sərnişinlərin girişinə müvəqqəti məhdudiyyət tətbiq edilib.

QSC-dən Xezerxeber.az-a bildirilib ki, bu gün saat 12:10 radələrində "Ulduz–Nərimanov" mənzilində təmas relsinə yüksək gərginliyin verilməsində nasazlıq yaranıb.

Təhlükəsizlik məqsədilə "Ulduz" və "Nərimanov" stansiyalarında sərnişinlərin təxliyəsi həyata keçirilir. Bu səbəbdən qatarların "Nərimanov–Əhmədli" istiqamətində hərəkəti məhdudlaşdırılıb.

Hazırda problemin aradan qaldırılması və gərginliyin bərpası istiqamətində tədbirlər görülür.

Seçilən
100
29
xezerxeber.az

10Mənbələr