ain.az, Xalq qazeti portalına istinadən məlumat verir.
Ukraynanın xarici işlər naziri Andrey Sibiqa bildirib ki, Kiyev Türkiyəyə və bir sıra digər ölkələrə prezidentlər Vladimir Zelenski və Vladimir Putin arasında görüş təşkil etmək üçün sorğu göndərib.
Bu barədə “İnterfaks-Ukrayna” məlumat verib.
Sibiqa qeyd edib ki, Xarici İşlər Nazirliyi Türkiyəyə konkret müraciət edib və həmçinin “müəyyən paytaxtlar”dan kömək istəyib. Lakin o,konkret ölkələrun adını çəkməyib.
Nazir Moskva və Minski danışıqlar üçün mümkün məkan kimi istisna edib: “Əgər Moskva və Minskdən başqa bir paytaxt belə bir görüş təşkil etsə, biz gedəcəyik. Və bu, bizim üçün vacibdir”.
O qeyd edib ki, Ukrayna tərəfi “yeni diplomatik impuls qazanmaq” üçün görüşdə maraqlıdır.
P.ƏMİRCANOVXQ
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.