AZ

Paşinyan: "Ailəmi qorumaq üçün daha bir şansım var"

"Mən Anna Akopyanın qərarı ilə razı olduğumu bildirməmişdim".

Ölkə.Az-ın erməni mediasına istinadən verdiyi məlumata görə, Ermənistanın Baş naziri Nikol Paşinyan şəxsi həyatı ilə bağlı yayılan şayiələri bu cür şərh edib.

"Anna bu barədə (boşanma barədə — red.) elan edəndə, mən bu qərara hörmət etdiyimi söyləmişdim, lakin onunla razı olduğumu deməmişdim. Təbii ki, bu məntiqdən çıxış edərək, qeyd etdiyiniz hadisənin (yenidən birləşmənin — red.) baş tutması üçün səylər göstərmişəm. Şadam ki, bu, baş verir və şadam ki, ailəmizi qorumaq üçün daha bir şansım var", — deyə Paşinyan brifinq zamanı bildirib.

Seçilən
52
1
olke.az

2Mənbələr