AZ

“Yaxın Şərqdə ilk dəfə ABŞ nin 3 aviadaşıyıcısı yerləşdirilib” CENTCOM

Azpolitika.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

İlk dəfə olaraq 3 ABŞ aviadaşıyıcısı eyni vaxtda Yaxın Şərq regionundakı əməliyyatlara cəlb olunub.

"Report" xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) "X"də məlumat yayıb.

Qeyd olunub ki, gəmilərin göyərtəsində ümumi sayı 200 təyyarə və 15 min hərbi qulluqçudan ibarət texnika və şəxsi heyət yerləşir.

"Onilliklər ərzində ilk dəfə olaraq 3 aviadaşıyıcısı eyni vaxtda Yaxın Şərqdə fəaliyyət göstərir. "USS Abraham Lincoln", "USS Gerald R. Ford" və "USS George H.W. Bush" aviadaşıyıcılarına 200-dən çox təyyarə və 15 000 dənizçi və dəniz piyadası daxildir", - məlumatda bildirilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
79
43
azpolitika.info

10Mənbələr