AZ

İsveçrədə Azərbaycanın biznes və investisiya potensialı tanıdılıb

Bakı. Trend:

Sürixdə təşkil olunan Azərbaycanda investisiya imkanlarına dairtədbirdə ölkəmizin işgüzar mühiti barədə məlumat verilib,tərəfdaşlıq potensialı müzakirə olunub.

Trend bubarədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, İsveçrənin paytaxtı Sürix şəhərində İqtisadiyyatNazirliyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMOvə İsveçrənin Birgə Ticarət Palatasının (JCC) dəstəyi, AzərbaycanınMərkəzi Avropa ölkələri üzrə ticarət nümayəndəsi aparatınıntəşkilatçılığı ilə ölkəmizdə investisiya imkanları mövzusundatədbir keçirilib. Tədbirdə rəsmi şəxslər və İsveçrənin enerji,inşaat, mühəndislik, logistika, informasiya texnologiyaları,maliyyə, səhiyyə və s. sektorlarda fəaliyyət göstərən şirkətlərininnümayəndələri iştirak ediblər.

Tədbirdə Azərbaycanın İsveçrədə səfiri Fuad İsgəndərov bu ölkəilə ikitərəfli ticarət və investisiya əlaqələrinin cari vəziyyəti,inkişaf perspektivləri barədə çıxış edib.

Azərbaycanın Mərkəzi Avropa ölkələri üzrə ticarət nümayəndəsiNemət Nağdəliyev ölkəmizin işgüzar mühiti, sənaye zonaları, Ələtazad iqtisadi zonası, tranzit-logistika potensialı, eləcə dəişğaldan azad edilmiş ərazilərdə investorlar üçün yaradılanfürsətlər barədə məlumat verib.

Tədbir çərçivəsində Azərbaycanın Mərkəzi Avropa ölkələri üzrəticarət nümayəndəsinin aparatı ilə İsveçrə ticarət palataları,assosiasiyaları və şirkətləri arasında görüşlər keçirilib,əməkdaşlıq imkanlarına dair müzakirələr aparılıb.

Məqalədə:
Seçilən
82
5
az.trend.az

6Mənbələr