AZ

“Azercell” bu qlobal təşəbbüsə qoşulan ilk operator oldu

“Azercell Telekom” MMC rəqəmsal transformasiya istiqamətində növbəti mühüm addımını ataraq, qlobal telekommunikasiya standartlarını müəyyən edən TM Forum tərəfindən irəli sürülmüş “Autonomous Networks Manifesto” sənədini rəsmi olaraq imzalayıb. Şirkət bununla Azərbaycan və MDB regionunda bu təşəbbüsə qoşulan ilk mobil operator olub.

Azercell və Aztelekom-un birgə həyata keçirdiyi “Autonomous Networks” layihəsi çərçivəsində əldə olunan bu nailiyyət Azercell-i qlobal səviyyədə innovativ texnologiyaların tətbiqinə öncülük edən operatorlar sırasına daxil edir.

Qeyd edək ki, Avtonom Şəbəkələr süni intellekt və maşın öyrənməsi texnologiyalarına əsaslanaraq insan müdaxiləsinə minimum ehtiyac duyan, özünü tənzimləyən, optimallaşdıran və nasazlıqları avtomatik aradan qaldırma funksiyasına malik idarəetmə modelidir. Bu yanaşma operatorlara şəbəkə idarəçiliyində daha yüksək dəqiqlik, çeviklik və dayanıqlılıq təmin edir.

Layihənin icrası nəticəsində Azercell-in əməliyyat səmərəliliyinin artırılması, müştəri təcrübəsinin daha da təkmilləşdirilməsi və xidmət keyfiyyətinin yüksəldilməsi hədəflənir. Belə ki, müraciətlərin həlli müddətinin azalması, yeni xidmətlərin bazara çıxarılma və abunəçilərə çatdırılma proseslərinin sürətlənməsi gözlənilir. Eyni zamanda, proseslərin avtomatlaşdırılması hesabına əməliyyat xərclərinin (OPEX) optimallaşdırılması və insan amilindən qaynaqlanan risklərin minimuma endirilməsi təmin olunacaq.

Seçilən
37
17
publika.az

10Mənbələr