AZ

​“Fənərbaxça” bu meydanda uduzmur -

Türkiyə futbolunda derbi həyəcanı yaxınlaşdıqca, “Fənərbaxça”nın səfər performansı yenidən müzakirə mövzusuna çevrilib. Xüsusilə İstanbulun “Rams Park” stadionunda “Qalatasaray”a qarşı göstərilən nəticələr sarı-lacivərdlilərin inamını artırır. Metbuat.az xəbər verir ki, statistikaya görə, “Fənərbaxça” son illərdə rəqib meydanda oynadığı oyunların böyük hissəsində məğlub olmayıb. Məlumata əsasən, “Rams Park”da keçirilən son 10 qarşılaşmada komanda cəmi 1 dəfə uduzub, digər matçlarda isə qələbə və ya heç-heçə əldə edib. Bu göstərici derbi öncəsi psixoloji üstünlük kimi qiymətləndirilir. İdman mütəxəssislər hesab edir ki, səfər oyunlarında sabit çıxış edən “Fənərbaxça” üçün əvvəllər əldə edilmiş bu nəticə əlavə motivasiya rolunu oynayır. Qarşıdakı derbinin nəticəsi isə təkcə turnir cədvəli baxımından deyil, həm də iki klub arasındakı rəqabətin növbəti mərhələsi kimi böyük maraq doğurur.

Qeyd edək ki, İstanbul derbisi bu həftənin bazar günü baş tutacaq. “Qalatasaray” aprelin 26-da əzəli rəqibi “Fənərbaxça”nı dogma meydanda qəbul edəcək.

Seçilən
27
16
metbuat.az

10Mənbələr