AZ

Ölkəmizə repatriasiya edilən daha 5 nəfərlə bağlı psixososial dəstək tədbirlərinə başlanılıb

ain.az, Azertag saytına istinadən bildirir.

Bakı, 24 aprel, AZƏRTAC

Azərbaycan Hökuməti tərəfindən Suriyadan ölkəmizə repatriasiya olunmuş daha 5 nəfər (2 qadın, 3 uşaq) vətəndaşımız Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin müvafiq sosial xidmət müəssisəsinə yerləşdirilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, repatriasiya olunmuş şəxslərə ilkin tibbi və sosial-psixoloji yardım göstərilib. Vətəndaşların reabilitasiya prosesi başa çatdıqdan sonra onlar evlərinə yola salınacaqlar.

Bildirilib ki, növbəti mərhələdə isə agentliyin sosial işçiləri və psixoloqları onların yaşadıqları ünvana gedərək, təfsilatlı qiymətləndirməsini aparacaq. Hər bir repatriantın cəmiyyətə reinteqrasiyası məqsədilə müvafiq dəstək tədbirləri davam etdiriləcək. Son illərdə Sosial Xidmətlər Agentliyi ölkəmizə repatriasiya edilmiş 600-ə yaxın şəxsi sosial reabilitasiya xidmətlərinə cəlb edib. Onlardan hazırda 49 repatriantla sosial reabilitasiya işi davam etdirilir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
12
6
azertag.az

10Mənbələr