AZ

Ələt Azad İqtisadi Zonasının fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. "Ələt Azad İqtisadi Zonasının yaradılması və fəaliyyətinin təşkili haqqında" Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 22 may tarixli 1032 nömrəli Fərmanının 3-cü hissəsinə əsasən, Bakı şəhər Qaradağ rayonu Ələt qəsəbəsinin inzibati ərazisində yerləşən və Ələt Azad İqtisadi Zonasının ərazisi qismində müəyyən edilmiş torpaq sahəsinin bu Sərəncama əlavə olunan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tərtib etdiyi yerquruluşu planında göstərilmiş, dövlət mülkiyyətinə aid 1453,09 hektar təşkil edən hissəsi birdəfəlik, əvəzsiz və daimi istifadə hüququ ilə Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumuna verilsin.

2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumu bu Sərəncamdan irəli gələn məsələləri həll etsinlər. 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 24 aprel 2026-cı il

Seçilən
27
27
azerbaijan-news.az

10Mənbələr