ABŞ prezidenti Donald Tramp gələn həftə Vaşinqtonda Böyük Britaniya Kralı III Çarlzla görüşdə İrandakı müharibə və NATO tərəfdaşlığını müzakirə edəcəyini açıqlayıb.
Musavat.com Reuters-ə istinadən xəbər verir ki, Amerika lideri agentliyə verdiyi müsahibədə Böyük Britaniyada rəqəmsal xidmətlər vergisi məsələsini qaldıracağını da bildirib. Reuters ABŞ prezidentinin müvafiq sitatlarına istinad etməyib.
Qeyd edək ki, III Çarlz 27-30 aprel tarixlərində ABŞ-a dövlət səfəri edəcək. Onun Konqresdə çıxış etməsi və Ağ Evdə Tramp tərəfindən qəbul edilməsi gözlənilir.
Britaniya mediası əvvəllər III Çarlzın qarşıdakı səfərdən London və Vaşinqton arasında münasibətləri yaxşılaşdırmaq üçün istifadə etmək niyyətində olduğunu bildirmişdi. Bu münasibətlər Britaniyanın İranla müharibəyə girmək istəməməsi səbəbindən pisləşib.
Musavat.com