AZ

Trampın iştirak etdiyi tədbirdə atəş açan şəxs bazar ertəsi hakim qarşısına çıxacaq - YENİLƏNİB

ABŞ Prezidenti Donald Trampın iştirak etdiyi Ağ Ev Müxbirləri Assosiasiyasının qəbulunda atəş açan şəxsə qarşı hansı ittihamın irəli sürüləcəyi məlum olub.

APA xəbər verir ki, bu barədə Vaşinqton ştatının prokuroru Janin Pirro məlumat verib.

Qeyd edilib ki, şübhəli şəxs odlu silahdan istifadə etməklə ABŞ Məxfi Xidmətinin əməkdaşına hücumda ittiham olunacaq.

Qeyd edək ki, Donald Tramp şübhəli şəxsin Məxfi Xidmətin zabitlərindən birinə yaxın məsafədən atəş açdığı, xəsarət alsa da, ancaq zirehli geyimin onu xilas etdiyi, hazırda durumunun yaxşı olduğunu bildirib.

***

saat 08.28

ABŞ prezidenti Donald Trampın da iştirak etdiyi şam yeməyində atəş açdıqdan sonra həbs olunan şəxs bazar ertəsi hakim qarşısına çıxacaq.

APA xəbər verir ki, bu barədə Vaşinqton ştatının prokuroru Janin Pirro məlumat verib.

"Təqsirləndirilən şəxs bazar ertəsi günü federal rayon məhkəməsində hakim qarşısına çıxacaq", - Pirro bildirib .

Seçilən
49
50
apa.az

10Mənbələr