AZ

“Vaşinqtonda əla axşam!” Trampa şam yeməyində sui qəsd cəhdi edilib

ain.az bildirir, Ayna portalına istinadən.

Hücum edən şəxs tutulub: onun 31 yaşlı Kaliforniya sakini Kol Tomas Allen olduğu müəyyən edilib

ABŞ Məxfi Xidmətinin əməkdaşları Prezident Donald Trampı silahlı hücumdan qoruyublar və Vaşinqtonda “Hilton” otelində keçirilən dövlət şam yeməyindən təxliyə ediblər. AYNA.AZ bildirir ki, bu barədə “Fox News” məlumat yayıb.

Hadisə yerli vaxtla şənbə axşamı Ağ Ev Müxbirləri Assosiasiyasının qəbulunda baş verib. Şahidlərin sözlərinə görə, otaqdan kənarda atəş səsləri eşidilib və hərbçilər dərhal dövlət başçısını bədənləri ilə qoruyublar, bundan sonra Tramp otaqdan çıxarılıb. Prezidentdən başqa, birinci xanım Melaniya Tramp və Ağ Evin mətbuat katibi Kerolin Levitt də təxliyə edilib.

Elə bu anda otaqda panik yaranıb və bir çox qonaq masaların altında gizlənib. Kanalın mənbələri hücumçunun heç vaxt zala girmədiyini bildirib.

Daha sonra Tramp sosial media hesabı olan “Truth Social”da Gizli Xidmət və hüquq-mühafizə orqanlarının işini tərifləyərək bunu "fantastik" adlandıran bir paylaşım yayımlayıb. Prezident onların tez və cəsarətlə hərəkət etdiklərini bildirib.

Hücum edən şəxs tutulub. Onun 31 yaşlı Kaliforniya sakini Kol Tomas Allen olduğu müəyyən edilib.

Hadisədən təxminən bir saat sonra Tramp Ağ Evdə jurnalistlər qarşısına çıxıb. O tədbiri davam etdirmək üçün "mübarizə apardığını" bildirib, lakin təhlükəsizlik xidməti tədbiri ləğv etməkdə israrlı olub. Prezident qeyd edib ki, “axşam plana uyğun olmadı”  və “şou yenidən başlamalıdır”.

“Vaşinqtonda əla bir axşam!”, - Tramp qeyd edib.

Amerika lideri bildirib ki, hücumçunun qarşısını kəsən Məxfi Xidmət zabiti atışma zamanı yaralanıb. Silahlı şəxs zabitə yaxın məsafədən "çox güclü silah"la atəş açıb, lakin güllənin qarşısı güllə keçirməyən jiletlə alınıb.

Tramp daha sərt təhlükəsizlik tədbirlərinə ehtiyac olduğunu bildirib: “Bu gün bizə yəqin ki, heç kimin əvvəllər görmədiyi təhlükəsizlik səviyyəsi lazımdır”.

“Vaşinqtondakı Hilton oteldə Ağ Ev Müxbirləri Assosiasiyasının qəbulunda atəş açan şəxs çox güman ki, təkbaşına hərəkət edib. Atıcı çox güman ki, təkbaşına hərəkət edib. Çox tezliklə bunu biləcəyik", - Tramp deyib.

Prezident bundan başqa həmin şəxsin bir neçə silahla silahlandığını deyib.

"New York Post" qəzetinin jurnalisti Kerol Markoviç öz “Facebook” səhifəsində yazıb: "Ağ Ev Müxbirləri Assosiasiyasının qəbulunda atəş açmağa cəhd edən şəxs Kaliforniyanın Torrens şəhərindən olan 31 yaşlı Kol Tomas Allendir və hazırda saxlanılıb".

"Axios" şübhəlinin ov tüfəngi ilə silahlandığını və təhlükəsizlik baryerindən keçmək istədiyini yazıb.

ABŞ Prezidenti Donald Tramp öz "Truth" hesabında həmin şəxsin fotosunu yayıb.

Atəş açan şəxsə qarşı hansı ittihamın irəli sürüləcəyi məlum olub. Bu barədə Vaşinqton ştatının prokuroru Janin Pirro məlumat verib.

Qeyd edilib ki, şübhəli şəxs odlu silahdan istifadə etməklə ABŞ Məxfi Xidmətinin əməkdaşına hücumda ittiham olunacaq.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
46
14
ayna.az

10Mənbələr