AZ

"Toyota" iki ildən sonra yenidən satış rekordunu yenilədi

Müəllif:Mehin Qasımova,Banco.az

Yaponiyanın avtomobil nəhəngi olan "Toyota"  10,47 milyondan çox avtomobil sataraq son iki ildə ilk dəfə rekord göstəriciyə imza atıb.

Banco.az xəbər verir ki, şirkətin açıqladığı məlumatlara görə, satışların bu səviyyəyə çatması qlobal bazarlarda mövcud çətinliklər fonunda diqqət çəkir.

Donald Tramp administrasiyası tərəfindən tətbiq edilən və Yaponiya avtomobil sənayesi üçün həssas hesab olunan ticarət tarifləri belə bu artımın qarşısını ala bilməyib.

Bununla yanaşı, Yaxın Şərq bazarında geriləmə müşahidə olunub. Regiona ixrac kəskin şəkildə azalsa da, bu ümumi nəticələrə ciddi təsir göstərməyib. ABŞ və İsrailin hücumlarından sonra İran ətrafında artan gərginlik səbəbindən mart ayında ixrac 46,4% azalıb.

Ümumilikdə, şirkətin qlobal satışları 2% artıb. Daxili bazarda – Yaponiyada satışlar 2% azalaraq 1,48 milyon ədədə düşüb. Xarici bazarlarda isə artım davam edib və satışlar 2,7% yüksələrək 9 milyon ədədə çatıb.

Seçilən
11
50
banco.az

10Mənbələr