AZ

Neft 80 dollar səviyyəsinə qayıtmayacaq Hüseyni

ain.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Hörmüz boğazı açılsa da, neftin qiyməti 80 dollardan aşağı düşməyəcək.

Axar.az xəbər verir ki, bunu İran Neft Məhsulları İxracatçıları Birliyinin sözçüsü Həmid Hüseyni deyib.

“Neftin real qiyməti baza dərəcəsindən yüksəkdir və İran-ABŞ danışıqları, dəniz blokadası və Hörmüz boğazındakı vəziyyət kimi siyasi hadisələrin təsiri altında dəyişir”, - o bildirib.

Hüseyni məhdudiyyətlərin davam edəcəyi təqdirdə neftin qiymətinin 150 dolları keçəcəyini söyləyib:

“Hətta müharibənin sonu və marşrutların yenidən açılması ilə belə normal vəziyyətə qayıtmaq üçün vaxt lazım olacaq və qiymətlərin 80 dollardan aşağı düşməsi ehtimalı azdır”.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
25
50
axar.az

10Mənbələr